Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri dekabrın 10-u Qarsda toplaşıblar. Nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər. Regionda və dünyada cərəyan edən hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.