8 May 2014 17:51
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir türk xalqı üçün 12 sot torpaq ayrılacaq.

Qazaxıstanda Turan şəhərinin açılışı olacaq. Bu barədə Yeni Nəfəs Hərəkatından məlumat verilib. Məlumata görə, 23-26 may tarixində Çimkənd şəhərinin 30 km-də salınan şəhərin açılışı və bu münasibətlə Türk Xalqlarının Qurultayı keçiriləcək.

Tədbirə 40-a yaxın türk toplumunun elm, ictimai-siyasi və dövlət xadimləri dəvət olunub. Hələlik 12 hektar ərazidə salınan şəhərdə bir neçə bina istifadəyə veriləcək. Şəhərdə hər türk xalqına 12 sot torpaq sahəsi ayrılacaq və sənədləşdiriləcək. Həmin torpaq sahəsində hər bir türk xalqı öz mədəniyyətini təbliğ edən mərkəzlər yarada biləcək.

Qeyd edək ki, tədbirə Azərbaycanın alimləri də qatılacaq. Bununla bağlı ötən gün Azərbaycan üzrə təşkilat komitəsi də formalaşıb.

Cavidan


Müəllif: