"Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub, bütün pullar oğurlanıb".
Teleqraf.com xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə məlumat yayıb.
O deyib ki, Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib: "Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ DİN tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcək".