10 Dekabr 2014 21:24
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Rusiyanın paytaxtı Moskvada Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının I Gənclər Forumunda iştirak edir. Bu barədə YAP-ın saytı məlumat yayıb. Dekabrın 9-da başlamış forumda 5 istiqamət – siyasi, iqtisadi, informasiya mübadiləsi, idman və mədəniyyət üzrə müzakirələr aparılır.

Forumda Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin nümayəndə heyətləri, həmçinin Rusiya Dövlət Duması və İctimai Palatasının deputatları, Rusiya Federasiyanın siyasi, ictimai, mədəniyyət xadimlərinin iştirak edirlər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər