10 Dekabr 2014 23:07
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrın 10-da Serbiya Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç Azərbaycana səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Maya Qoykoviçi Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Aeroportda jurnalistlərə müsahibə verən Maya Qoykoviç bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana ilk səfəridir. O, səfərin məqsədinin Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söyləyib.

Serbiya Milli Məclisinin sədri deyib: “Parlamentlərarası əlaqələr yüksək səviyyədədir, lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da möhkəmləndirəcəyik”.


Müəllif:

Oxşar xəbərlər