Yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, zəlzələ 3,6 maqnitudada olub. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.