Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində ilkin məlumata əsasən hər mərtəbəsi 500kv.m olan üçmərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi binanın mansardasında ümumi sahəsi 500kv.m olan restoranın mətbəx mebeli 3kv.m və dam örtüyü 100kv.m sahədə yanıb.
Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Faktla bağlı təhqiqat aparılır.
***
10.56
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın başlayıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.