Türkiyə vətəndaşı Oktay Çunar barəsində məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində müdafiə tərəfinin şikayəti təmin edilib.
Oktay Çunar ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə Oktay Çunarın barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb.
Oktay Çunar külli miqdarda mənimsəmədə və dövlət sərhədini qanunsuz keçməyə cəhddə ittiham edilir.
Hazırda Türkiyə vətəndaşı barəsində ibtidai istintaq davam edir.