5 Noyabr 2022 21:55
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər