12 Noyabr 2022 10:09
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus"a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər