Daxili İşlər Nazirliyi ötən gün baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Noyabrın 13-də saat 15 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində Aşıqlar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.
Noyabrın 14-də saat 17 radələrində Nizami rayonu ərazisində Masallı rayon sakini S.Müseyibov idarə etdiyi “Toyota” markalı avtombillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Noyabrın 14-də saat 18 radələrində Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində Samux rayon sakini E.Orucov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Gülarə Zeynalovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.