16 Noyabr 2022 12:21
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

Dəyanət Atakişiyev rüşvət almaqda şübhəli bilinir.

***
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür", - deyə məluatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər