Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Onun orta dərəcədə sərxoş olması məlum olub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.