18 Noyabr 2022 17:42
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışının məhdudlaşdırılması barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, Anar Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir. Belə ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.

Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər