Bir sıra Azərbaycan KİV-də milyarder Fərhad Əhmədovun Göyçay rayonunadakı bağ evində axtarış aparılması və saxlanılması barədə məlumatlar yayılıb.
Teleqraf.com "Trend"ə istinadən xəbər verir ki, milyarderin saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.
Qeyd edək ki, Fərhad Əhmədov dünyanın 1567-ci və Rusiyanın 66-cı ən varlı adamıdır. ABŞ hökuməti və Aİ Fərhad Əhmədov barəsində Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda sanksiyalar tətbiq edib. F.Əhmədov eyni zamanda təbii meyvə şirəsi istehsalçısı AzNar şirkətinin rəhbəridir.