21 Noyabr 2022 10:30
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 18-də saat 19 radələrində Lənkəran rayonunun Mamusta kəndi ərazisində rayon sakini S.Abbasov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən kənd sakini Əkrəm Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, həmin gün saat 12 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Şərur rayon sakini N.Ələkbərovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini Murad Rüstəmovun idarə etdiyi “KİA” markalı avtomobil toqquşub. Nəticədə M.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb.

Noyabrın 19-da saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub. Nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.

Noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub. Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən 21 noyabr səhər saatlarında dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər