Bakının Nərimanov rayonunda qadın taksi sürücüsünü hədələyib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib, özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib, 1450 manat pulunu alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.