Bakıda məişət tullantıları yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.
Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
14:05
Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və texnikası cəlb olunub.
Belə ki, 8 Noyabr prospektində məişət tullantıları yanır.
Hazırda FHN-in yanğından mühafizə qüvvələri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.