Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb.
Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Səbail rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.
Faktla bağlı 9-cu polis bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.