22 Noyabr 2022 14:37
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə noyabrın 19-da saat 23 radələrində C.Naxçıvanski küçəsində 2 nəfərin Ucar rayon sakini Ş.Abbasovun quldurluq yolu ilə mobil telefonunu, içərisində 235 manatı, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanın talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İntiqam Bayramov və Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər