Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə Ş.Mirzəyev küçəsində yerləşən avtomobillərin yuyulması məntəqəsində “Opel” markalı bir avtomobildən 1210 manat oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Asəf Şirinov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.