Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan 27 ədəd mobil telefon və digər qiymətli telefon aksessuarlar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Rəşid Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.