24 Noyabr 2022 12:03
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.

Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər