24 Noyabr 2022 15:34
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

Qeyd edək ki, Xəqani Rzaquliyev 9 noyabr 1963-cü ildə ozamankı Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, 1982-1984-cü illərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqiqi hərbi xidmətdə olub. Müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində məktəb direktoru (1984-1987), “Gənclik” jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.

X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və “Vətən Müharibəsi” adının seçilməsi təklifi onun adıyla bağlıdır.

O, Birinci Qarabağ müharibəsində iştirak edib və 1992-ci il martın 12-də ağır yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər