Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahə yanıb.
Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, mənzilin qalan hissəsi mühafizə olunub.