29 Noyabr 2022 08:43
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.

Teleqraf.com xəbər verir ki, polisin “dayan” əmrinə tabe olmayan naməlum şəxslər avtomobildən atış açaraq 2 polisi ayağından yaralayıb.

Məlumata görə, baş verən atışmada bir şübhəli hadisə yerində ölüb, 3-ü isə yaxalanıb.

Bildirilib ki, yaralanan polislər xəstəxanaya qaldırılıb. Onların həyatına təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com