29 Noyabr 2022 10:14
306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Noyabrın 28-də saat 13 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Saatlı rayon sakini Ə.Şıxıyev “QAZ-330232” markalı avtomobili geriyə idarə edərkən qəsəbə sakini Atlas Əsədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bundan başqa, noyabrın 28-də saat 12 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində rayon sakini O.Musayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Tahir Nəzərlini vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər