1 Dekabr 2022 09:47
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axtarışda olan 3 nəfər Rusiyada həbns olunub və Azərbaycana ekstradisiya edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Hər 3 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.

30 noyabr 2022-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.


Müəllif: Hacı Zeynalov