1 Dekabr 2022 12:33
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar Mustafa Nəsibov və Qurban Nuriyev saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov