13 Dekabr 2014 15:38
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatın Divan üzvü, Arif Hacılının əsas müdafiəçilərindən olan vəkil Nemət Kərimliyə partiyanın MNTK-sı tərəfindən töhmət verilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb partiya funksionerinin Binəqədi təşkilatının Şura üzvü Arif Əzizzadəni iclas zamanı təhqir etməsi olub.

Qeyd edək ki, təhqirə nəyin səbəb olduğu bilinmir. Bəlli olan budur ki, iclasın gedişatı zamanı vəkil partiyadaşına qarşı müəyyən sözlər işlədib. Bəzi iddialara görə, Arif Əzizzadə partiyada Qubad İbadoğlu xəttini müdafiə edir, onun tərəfdarı hesab olunur. Nemət Kərimli deyib ki, partiyanın qərarına hörmətlə yanaşır: “Mən Müsavatın hər bir qərarına hörmətlə yanaşıram. Burada təxribat var. Uzun zamandan bəri davam edən təxribatın finalıdır”.

Şura üzvü Arif Əzizzadə qərardan Divana şikayət edəcəyini söyləyib.


Müəllif:

Oxşar xəbərlər