Bakı şəhərinin Nizami rayonunda ev yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.