4 Dekabr 2022 13:39
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakale rayonunda yaşayış binasının birinci mərtəbəsində partlayış nəticəsində yaralanaların sayı 6-ya çatıb.

Teleqraf.com xəbər verir ki, yaralıların həyati təhlükəsi yoxdur.

Rayon administrasiyasının məlumatına görə, partlayış istilik qazanı səbəbindən baş verib.

Qəzetin bildirib ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən zərgərlik mağazasında baş verib. Yaralılar - mağazanın üstündəki mənzildə olan 6 nəfər xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində məhəllədə üç mağazaya ziyan dəyib.

Partlayış sonucunda səpələnmiş qızıl-zinət əşyaları toplanaraq mağaza sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

12.10

Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda bazar günü altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayışın baş verdiyi binanın birinci mərtəbəsində iş yerləri olub. Partlayış dalğasından binanın bir neçə divarı qismən uçub, qonşu binalarda şüşələr qırılıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Partlayışla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Teleqraf.com