Rusiyanın Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış evinin 2 mərtəbəsi çöküb.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü "TASS"a təcili xidmətlərdəki mənbə məlumat verib.
Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
İnsidentdən sonra binadan 52 nəfər təxliyə edilib.
Hazırda hadisə yerində dağıntıların təmizlənməsi üzrə işlər görülür.
Qeyd edilir ki, binanın 2 mərtəbəsinin çökməsinə səbəb qaz sızması nəticəsində baş verən partlayış olub.