6 Dekabr 2022 09:23
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2000 manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov