Dekabrın 5-də saat 22 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini Ramil Əhmədovun tüfəngdən açdığı atəşdən İlkin İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub.
Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.