8 Dekabr 2022 09:52
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-da saat 03 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şəxsi münasibətlər zəminində əməli törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov