8 Dekabr 2022 12:41
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, paytaxtda polis əməkdaşları daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Səbail və Nərimanov rayonları ərazilərində evlərin qarşısından ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəxsləri müəyyən edib.

Görülmüş tədbirlərlə Göygöl rayon sakini Natiq İsmayılov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş İslam Məmmədov saxlanılıblar.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər ərazisindəki evlərin birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov saxlanılıb.

Binəqədi rayonunun K.Rəhimov küçəsində Telefon Rabitə Qovşağına məxsus 416 metr rabitə kabelinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Balakən rayon sakini İbrahim Keçiliyev müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov