8 Dekabr 2022 15:16
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200m² olan sexin içərisində yığılmış avtomobil şinləri 20m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 50m² sahədə və sexdə təmirə dayanmış “SHACMAN” markalı yük avtomobilinin arxa işıqları qismən yanıb.

Sexin böyük hissəsi və yük avtomobili yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com