9 Dekabr 2022 11:05
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ağamir Əzimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 18 qramdan artıq metamfetamin və 520 qram marixuana götürülüb.

Bundan başqa, Səbail rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Şahin Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov