11 Dekabr 2022 12:10
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada 50 yaşlı yerli sakin müstəntiqlərə öz ərini azyaşlı məktəbli qızları aldatdığına görə həbs etməkdə kömək edib.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" yazıb.

Hadisə Qlenrotes şəhərində baş verib. 2017-ci ildə qadın tanışlıq saytında bir kişi ilə tanış olub və cəmi altı aydan sonra onunla evlənib. 2018-ci ilin yanvar ayında isə onların evinə "Child Protectors Scotland" nümayəndələri gəliblər.

Pedofillərin təsbiti ilə məşğul olan könüllülər, gənc qızlar adına şübhəlilərlə yazışıb. Qadının əri hiylələrə qapılıb və intim fotolarını saxta hesaba göndərməyə başlayıb.

Təşkilatın nümayəndələri şotlandiyalı qadından ərinin cinsi orqanını fotodan müəyyən etməyi xahiş ediblər. Qadın kişini tanıyıb və nəticədə o, 18 aylıq həbs cəzasına məhkum edilib, həmçinin cinayətkarlar siyahısına salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər