Gecə saatlarında suvarma kanalına gələn güclü su Ağdamın Təzəkənd kəndinə ziyan vurub.
Teleqraf.com Baku TV-yə istinadən xəbər verir ki, güclü sel evlərin həyətlərini və əkin sahələrini basıb.
Sakinlərin sözlərinə görə, hadisənin qarşısını almaq üçün əraziyə texnikalar cəlb olunub:
“32 ildir bu kəndə köçmüşəm, mən belə şey görməmişəm. Gecə həyətə çıxdım ki, hər yeri su basıb. Yarım saat gec çıxasaydım, tövlədəki heyvanlarım məhv olacaqdı”.