Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - Niyazi Bayramov dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı