Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində Müsavatın mitinqini "uğursuz" adlandırıb. O, mitinqə az sayda adamın qatıldığını iddia edərək, bunu partiyanın Milli Şuradan çıxması və yolunu dəyişdirməsi ilə izah edib: “Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs "adamsızlığı" gördü".
Müsavatı 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarmağa çağıran Fuad Qəhrəmanlı "bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”, - deyə qeyd edib.
Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı Teleqraf.com-a açıqlamasında bildirdi ki, AXCP sədrinin müavininin sözləri daha çox hakimiyyətin maraqlarına xidmət edir: "Mən hesab edirəm ki, siyasi məhbuslarla bağlı keçirilən mitinq baş tutdu".
Ayxan