Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü F.Əhmədov nəqliyyat vasitəsini idarə edən zaman qəflətən halı pisləşib. Nəticədə avtomobil idarəetmədən çıxaraq başqa avtomobilə çırpılıb.
Qəza nəticəsində F.Əhmədov və digər avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü M.Quliyev xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.