Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar.
Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.
Faktla bağlı Tərtər rayon polis şöbsində araşdırmalar davam etdirilir.