15 Dekabr 2014 21:59
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan müxtəlif təxribatlara əl ataraq Azərbaycan Silahlı Qüvvələrini cavab vermək məcburiyyətində qoyurlar. Əsas məqsəd isə Azərbaycanı yeni münaqişəyə cəlb etmək, həm özlərinin, həm də onları idarə edən dövlətlərin gündəminə uyğun olaraq müəyyən təzyiq elementlərindən istifadə etməkdir”. Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yüksək səviyyədə, rəşadətlə yerinə yetirməyə qadirdir. Onun sözlərinə görə, avqust ayında cəbhə xəttində atəşkəsin pozulması nəticəsində erməni təxribat diversiya qrupunun məhv edilməsi, hava məkanımızı pozan Ermənistan helikopterinin vurulması bunun bariz nümunəsidir: “Bununla da, Azərbaycan dünyaya 20 il öncəki Azərbaycan olmadığını sübut etdi. Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində biz həm hərb meydanında, həm informasiya məkanında, həm də diplomatiya sahəsində Ermənistanın üstünlüyə nail olmasına imkan verməməliyik. Bu gün bütün sahələrdə Ermənistandan üstünük”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər