22 Dekabr 2022 17:35
476
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadənini qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Murad Niftizadənin 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Fatma uşaqları azyaşlı olandan onları yaşadıqları kənddə atıb və paytaxta qaçıb.
Paytaxtda bir müddət başqa bir kişi ilə yaşayan Fatma qızı Elgünü yetkinlik yaşına çatandan sonra oğurlayıb və yanına gətirib.
Murad Elgünü bir neçə dəfə geri aparmaq istəsə də, bu istəyinə nail olmayıb. Sonuncu dəfə hadisə də bu mübahisə üstündə yaranıb.

Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər