Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.