28 Dekabr 2022 11:05
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonu ərazisində Salyan rayon sakini olan bir nəfərin bank hesabından 1422 manat, Yasamal rayonu ərazisində isə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 80 manat oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmməd Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Əliyev və qardaşı Amil müəyyən olunaraq saxlanılıblar.

Faktıa bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər