Həmsədr Azərbaycan və Ermənistan səfirlərini təbrik edib
“ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlərinin təsdiq edilməsi münasibəti ilə onları təbrik edirəm”.
Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib.
O bildirib ki, hər iki səfir karyeralıdır və ən yaxşılardandırlar.
Qeyd edək ki, ABŞ-ın Azərbaycan üzrə yeni səfiri Robert Sekuta, Ermənistan üzrə yeni səfiri isə Riçard Millzin seçilib.